21 22 may tarixlərində AQTA Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu kecirilib. 
Azərbaycan Rspublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun “Mikrobioloji biotexnologiya” laboratoriyasinin müdiri b.e.d., professor Könül Baxşəliyeva tədbirdə dəvətli kimi iştirak edib. İki gün davam edən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun məqsədi bitki bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.
Forumda bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edib.