AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov 8 Noyabr – Zəfər Gününun 5-çi ildonumü münasibətilə institutun kollektivini təbrik edib.

Alim Vətən müharibəsində qazandığımız böyük Qələbənin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün müstəqillik tariximizin ən şərəfli günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan və dünya hərb tarixinə düşən qələbə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Zəfərimiz bizim mərd və qəhrəman xalq olduğumuzu dünyaya göstərib.

Pənah Muradov çıxışı zamanı qeyd etdi ki, Azərbaycan yeganə dövlətdir ki, ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa edib. Vətən müharibəsində dünya hərb tarixinə yenilik kimi daxil olan və indiyə qədər rast gəlinməyən xüsusi əməliyyatlar həyata keçirilib, bu taktika və strategiyalar beynəlxalq hərbi ekspertlər tərəfindən ciddi təhlil olunur və öyrənilir.

P.Muradov: “Hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anları heç vaxt unutmasın” deyərək vurğuladı. Tədbir iştirakçıları Şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər.

Tədbirdən sonra institutun əməkdaşları Şəhidlərimizin məzarlarını ziyarət edib.