Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, elmi katibi, laboratoriya müdirləri və əməkdaşları 23–24 may 2024-cü il tarixində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak ediblərİki gün davam edəcək konfrans Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın birinci günündə Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Azərbaycanın müxtəlif təyinatlı bitkilərinin mikrobiotasının patogen növlərinin ümumi xarakteristikası və “Bioloji aktiv maddələr” laboratoriyasının müdiri b.e.d., professor Elman İsgəndər Meşə ekosistemində biomüxtəliflik və ona təsir edən amilllər adlı plenar məruzələrlə
çıxış ediblər. “Mikrobioloji biotexnologiya” laboratoriyasının müdiri b.e.d., professor Könül Baxşəliyeva “Meyvə və giləmeyvələrin mikolji qiymətləndirilməsi və institutun əyani doktorantı Aqil Əhmədli “Mikromisetlərdən alınan liptonik fermentlərin çirkab sularının yağ mənşəli çirkləndiricilərinin təmizlənməsində istifadəsi adlı simpoziumal məruzələrlə cıxış ediblər.
Məruzələrin hər biri maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.