Türkiyənin Altınbaş Universitetinin Tibb fakültəsi ilə Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb.
Sənəd Altınbaş Universitetinin rektoru professor Çağrı Erkan və Mikrobiologiya İnstitunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən imzalanıb.
5 il müddətinə qüvvədə olacaq bu müqavilədə müasir tədqiqat işlərinin birgə araşdırılması, gələcək layihələrdə birgə iştirak və ümumi elmi xarakterli məsələlərin təşkili nəzərdə tutulub.