Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə müqqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri biologiya elmlər doktoru, professor Könül Baxşəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, 27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir.

 Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq "Anım Günü" kimi qeyd edilir. Bizim igid oğullarımız elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər".

 Daha sonra  elmi işçisi Aqil Əhmədli çıxış edərək 27 sentyabr tarixinin hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Qələbənin təməlinin qoyulduğu şərəfli gün olduğu qeyd etdi . Vurguladı  ki, şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyərək,  hər birimiz   onların canı bahasına qazanılmış Qələbənin məsuliyyətini daşıyırıq.