Gürcüstanda 20-21 dekabr 2024-cü il tarixdə Suxumi Dövlət Universitetində Abxaziya Regional Elmlər Akademiyası "Geosiyasət, Təbiət Elmləri, Sağlamlıq və İdman" mövzusunda 1-ci Beynəlxalq Elmi-Metodik Konfrans keçirilib.
Dünyanın ayrı-ayrı ölkələrindən qatılmış alimlərin iştirakı ilə 2 gün keçirilmiş beynəlxalq tədbirdə Mikrobiologiya İnstitutu baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, “Bioloji aktiv maddələr” laboratoriyasının müdiri b.e.d., professor Elman İsgəndər, “Mikrobioloji biotexnologiya” laboratoriyasinin müdiri b.e.d., professor Könül Baxşəliyeva, İnstitutun elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadə iştirak ediblər.
Konfransda çıxis edən Pənah Muradov və Könül Baxşəliyevanın həmmüəllif olduğu “Adi buğda (Triticum aestivum L.) fotosintetik pigmentlərin miqdar və məhsuldarlığına trichodermanin təsiri” (EFFECT OF TRICHODERMA ON THE QUANTITY AND PRODUCTIVITY OF PHOTOSYNTHETIC PIGMENTS OF COMMON WHEAT (Triticum aestivum L.) adlı məqalə sözügedən konfrans materiallarında dərc olunub. Həmçinin Elman İskəndər, Könül Baxşəliyeva və Səbinə Cəfərzadənin həmmüəllifləri olduğu “Ekstremofillərdən əmələ gələn bioaktiv birləşmələr: ekoloji və biotexnoloji baxışlar” (BIOACTIVE COMPOUNDS FROM EXTRMOPHILES: ECOLOGICAL AND BIOTECHNOLOGICAL INSIGHTS) adlı məqalə də sözügedən konfrans materiallarına daxil olunub.