Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri Könül Baxşəliyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə professor elmi adı verilib və ona professor attestatı təqdim olunub.
Azərbaycanın indiki nəsil bioloqları arasında ən gənc elmlər doktoru elmi dərəcəsini qazanmış K.Baxşəliyevanın uğurları sırasına bioloqlar arasında ən gənc professor elmi adını daşıması da əlavə edildi.
Qeyd edilib ki, 2017-ci ildə uğurla doktorluq dissertasiyası müdafiə etmiş Könül Baxşəliyeva 2018-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü və 2021-ci ildə isə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilərək və bu qurumun “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.