Elm və Təhsil Nazirliyinin Mikrobiologiya  İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən universitetin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin “Biologiya” ixtisası üzrə bir qrup IV kurs tələbəsi Mikrobiologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıb.

Müəsisədə ilk gün öncə tələbələrə elmi müəssisənin strukturu, əsas fəaliyyət istiqamətləri, institut laboratoriyalarının elmi fəaliyyəti barədə geniş məlumat verilib.

Yeddi həftə davam edəcək təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunacaq və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.