Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının əməkdaşları - b.e.d., dos. Samirə Nəcəfova (rəhbər) və b.e.d., prof. Nəriman İsmayılov – Rusiya Təbiət Elmləri Akademiyasının keçirdiyi «EcoWorld-2022» Beynəlxalq ekoloji
müsabiqədə iştirak ediblər. Müsabiqə dünyanın bir çox ölkəsindən onlayn qaydada iştirakçılar qoşulması
ilə keçirilib. Müsabiqənin yekunlarına əsasən Samirə Nəcəfova və Nəriman İsmaylov “Ekoloji siyasət və ətraf mühit” nominasiyasında «Azərbaycan ərazisində ixrac neft boru kəmərlərinin marşrutları boyunca yerləşən landşaftların komponentlərinin sistemli bioekolojicoğrafi təhlili və ixrac neft kəmərlərinin
idarə edilməsi sahəsində» kitab və elmi məqalələrin nəşrlərinə görə medalla və II dərəcəli laureat diplomu ilə təltif edilib. Qeyd edək ki, ötən il də əməkdaşlarımız “EcoWorld 2021”beynəlxalq ekologiya müsabiqəsinin qalibi olub.