İyunun 28-də AMEA-nın Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların 2021/2022-ci tədris ilinin yay imtahan sessiyası uğurla başa çatıb.

Bildirilib ki, institutda mikrobiologiya ixtisası üzrə təhsil alan magistrantlar mikrob mənşəli bioloji aktiv maddələrin alınması fənnindən imtahan veriblər. Onların nəticələri fənn müəllimi biologiya elmləri doktoru, dosent Könül Baxşəliyeva tərəfindən yüksək qiymətləndirilib.