Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III Respublika müsabiqəsinə təqdim olunan əl işlərinin qiymətləndirilməsi davam edir.

Üçüncü dəfədir təşkil edilən müsabiqə məktəblilər arasında böyük marağa səbəb olub. Belə ki, respublikanın müxtəlif rayon məktəblərindən çoxlu əl işləri təqdim edildiyindən hazırda müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi həyata keçirilir. Təqdim olunan əl işləri aprelin 24-dək, yəni son gün də qəbul edilib. Təqdim olunan işlərin çoxluğuna, eləcə də institutun yerləşdiyi ərazidə abadlıq işlərinin aparılmasına görə yekun iclasın mayın 16-da keçirilməsi qərara alınıb.

Respublikanın müxtəlif bölgələrindən qatılmaq istəyən şagirdlərin fiziki iştirakının mümkünlüyünü nəzərə alaraq institutun rəhbərliyi tədbirin hibrid formatda keçirilməsini qərara alıb. Canlı qatılmaq istəyənlər üçün tədbirin keçiriləcəyi yer və vaxt haqqında əlavə məlumat veriləcək.

Tel.: (+994 12) 502 43 59, (+994 12) 502 44 70, (+994 50) 338 28 45

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.