Qasımov Şakir Nəbi oğlu
|
|
Vəzifəsi | Elmi İşlər üzrə Direktor Müavini |
Anadan olduğu yer | Azərbaycan, Cəbrayıl ray., Minbaşılı kəndi |
Təvəllüdü | 25 Dekabr 1959 |
Bitirdiyi ali təhsil müəssisəsi |
Bakı Dövlət Universiteti |
Elmi dərəcəsi | Biologiya üzrə elmlər doktoru |
Elmi rütbəsi | Dosent |
Namizədlik dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu |
2417.01 – Botanika Abşeronda introduksiya olunmuş Danaayağı (Araceae Juss.) fəsiləsinin növlərinin biomorfologiyası və becərilməsi |
Doktorluq dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu |
2417.01 – Botanika Azərbaycanın quru subtropik şəraitinə introduksiya olunmuş tropik bitkilərin (Bromeliaceae Juss., Orchidaceae Juss.) biomorfologiyası və becərilməsinin ekoloji əsasları |
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı |
120 |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 51 |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 17 |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | - |
Kadr hazırlığı:
Fəlsəfə doktorları Elmlər doktorları |
Fəlsəfə doktoru - 4 Elmlər doktoru - 0 |
Əsas elmi nailiyyətləri |
Daxili ekoloji mühitin və interyerlərin abadlaşdırılmasında, bədii-memarlıq tərtibatında, istehsalatda əmək şəraitinin sağlamlaşdırılmasında tropik bitkilərin rolunu öyrənmiş, həmin bitkilərin Azərbaycanda örtülü şəraitdə biomorfoloji və bioekoloji xüsusiyyətlərinin və becərilmə aqrotexnikasının, çoxaldılmasının effektli üsullarının elmi-nəzəri və elmi-metodiki bazasını və onların praktiki istifadə yollarının elmi əsaslarını işləyib hazırlamışdır. Dünya florasının tropik və subtropik bölgələrindən introduksiya edilmiş bitkilərin Azərbaycanda örtülü şəraitdə ilk dəfə biomorfoloji və bioekoloji xüsusiyyətlərini, böyümə və inkişaf biologiyasını, virginil və generativ dövrlərdə morfogenezini, çiçəkləmə və meyvəvermə biologiyasını öyrənmiş, öyrənilən növlərin klon mikroçoxaldılması metodunu təkmilləşdirmiş və tropik və subtropik bitkilərin becərilməsi üçün Azərbaycanın aqrar sektorunda əmələ gələn bitki tullantılarının “az tullantılı və ya konkret mərhələdə tullantısız” texnologiya prinsipinə əsaslanan subustrat əvəzləyicisinin kompleks metodunu işləyib hazırlamışdır. Bütün bunlar ilk dəfə əldə edilən və elmi yenilik daşıyan mühüm məlumatlardır və onların əldə edilməsi müəllifin şəxsi tədqiqatlarının nəticəsidir. |
Elmi əsərlərinin adları |
1. Bitki tullantılarından səmərəli istifadənin kompleks metodu. “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi” (MNB-nın əsərləri), Bakı, 2005, V cild, s. 99-112. |
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Biologiya və aqrar elmlər üzrə ekspert şurasının üzvü; AMEA Mərkəzi Nəbatat Bağının Elmi şurasının üzvü; AMEA Mikrobiologiya İnstitutunun Elmi şurasının üzvü; Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının üzvü. |
Təltif və mükafatları |
Azərbaycan MEA-nın “Fəxri Fərman”ı |
Əlaqə vasitələri |
Telefon: (+99412) 5024903 Faks: (+99412) 5024172 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |