Beynəlxalq tədqiqatçılar komandası Asqard Arçeya adlı mikroorqanizmlər qrupunun yerdəki bütün mürəkkəb həyat formalarının mənşəyi olduğunu aşkar edib.

AZƏRTAC “Scitechdaily” saytında yer alan məlumata istinadla xəbər verir ki, tədqiqatçıların əldə etdiyi bu hüceyrə qrupu təkamül zamanı canlıların necə dəyişdiyini təfərrüatlandırır.

Yer üzərində təkamül edən ilk həyat forması prokaryotlar adlanırdı, bunlar bakteriyaların da daxil olduğu birhüceyrəli orqanizmlər qrupudur. Bundan iki-üç milyard il sonra isə eukaryotlar adlanan müəkkəb orqanizmlər meydana çıxdı. Yeni araşdırma isə təkhüceyrəli orqanizmlərdən çoxhüceyrəliyə keçidin əsasını qoyan Asqard Arçeyaları müəyyən etdi.

Lund Universitetinin biologiya tədqiqatçısı Courtney Stairs qeyd edir ki, Asqard Arçeyalar birhüceyrəli əcdadlarımızdan bu günə canlıların təkamülünü sistemli hala gətirməyimizə kömək edir. Asqardların ilkin canlılar qrupunu əmələ gətirməsi onların orqanizmində milyon illər əvvələ aid zülalların aşkar olunması ilə müəyyən edilib.