Xəlilzadə Vüsalə Cavanşir qızı
|
|
Vəzifəsi | Böyük elmi işçi |
Anadan olduğu yer | Azərbaycan, Bakı ş. |
Təvəllüdü | 13 Noyabr 1979 |
Bitirdiyi ali təhsil müəssisəsi |
Bakı Dövlət Universiteti |
Elmi dərəcəsi | Biologiya üzrə fəlsəfə doktoru |
Elmi rütbəsi | - |
Namizədlik dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu |
2414.01 – Mikrobiologiya Ksilotrof göbələklərin hidrolitik fermentlərinin katalitik aktivliyinin bəzi kinetik xüsusiyyətləri |
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı |
36 |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 9 |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
1 |
Əsas elmi nailiyyətləri |
Geniş spektrli hidrolitik təsir tipinə malik ferment preparatlarının alınması üçün ksilotrof makromisetlərin əlverişli obyekt olması və onlardan liqnosellüloza tərkibli bitki tullantılarının hidrolizi üçün əlverişli göstəricilərə malik olan qismən təmizlənmiş ferment preparatlarının alınmasının mümkünlüyü göstərilmişdir. Aydın olmuşdur ki, ksilotrof makromisetlərdən ferment preparatlarının alınması üçün çökdürücü kimi asetondan (1:2 nisbətində) istifadə edilməsi məqsəduyğundur, belə ki, spirtin istifadəsi ayrı-ayrı fermentlərin aktivliyə görə fraksiyalaşmasına səbəb olur. Müəyyən edilmişdir ki, ksilotrof makromisetlərin hidrolitik təsir tipinə malik ferment sisteminə həm adsorbsiya olunma, həm də ingibirləşmə əmsalına görə fərqlənən izofermentlər də daxildir. Aydın olmuşdur ki, liqnosellüloza tərkibli bitki substratlarının ksilotrof makromisetlərdən alınan ferment preparatları ilə hidrolizi zamanı çökdürmə üçün götürülən kultural və ya ekstraksiya məhlullarındakı sellülaza və pektinazanın nisbətinin sabitliyi prosesə daha əhəmiyyətli təsir edir. Müəyyən edilmişdir ki, ksilotrof makromisetlərdən alınan ferment preparatlarının hidroliz prosesində istifadəsi zamanı hər aktivlik vahidinə əsasən hesablanmış məqsədli məhsul çıxımı mikromisetlərdən alınan preparatlarla müqayisədə belə yüksək olur və hidroliz prosesində alınan məqsədli məhsulun tərkibində qlükozanın miqdarı 50-75%-ə qədər ola bilir. Azərbaycanın müxtəlif torpaqlarında torpaq biosenozlarının strukturunun fizioloji-biokimyəvi və ekoloji xüsusiyyətləri öyrənilmişdir. |
Elmi əsərlərinin adları |
1. Гахраманова Ф.Х., Артгусейни М.Ю., Данишвер К.М., Намдуллазаде М.Ш., Халилова В.Дж., Мурадов П.З., Еколого-биотехнологические аспекты использование ксилотрофных базидиальных грибов в конверсии лигноцеллюлозных отходов. Микробиология и биотехнология, том 3, № 1, Тбилиси, 2011, стр. 13-18. |
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | AMEA Torpaşünaslar Cəmiyyətinin üzvü |
Pedoqoji fəaliyyəti | M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollec |
Əlaqə vasitələri |
Telefon: (+99412) 5024359 Faks: (+99412) 5024470 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. |