Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

İnstitut haqqında


Azərbaycan MEA–nın Mikrobiologiya İnstitutu (Keçmiş Mikrobiologiya sektoru) 1972 – ci ildə yaradılıb. İnstitutun  ilk direktoru b.e.d., professor N.Ə.Mehdiyeva(1972-1981 ci illər) olmuşdur.Sonrakı illərdə İnstituta M.Ə.Məmmədyarov(1981-2002 - ci illər) rəhbərlik etmişdir. 2002 - ci ilin noyabrından bugünə kimi İnstituta AMEA-nın həqiqi üzvü M.Ə.Salmanov rəhbərlik edir.
İnstitutun strukturunda 3 şöbə, 7 labaratoriya və 1 yaradıcı qrup fəaliyyət göstərir ki, hazırda həmin qurumlarda 80 əməkdaş çalışır. Həmin əməkdaşlardan biri akademik, biri MEA-nın müxbir üzvü, dördü elmlər doktoru, 28-i elmlər namizədi olmaqla 44 nəfəri elmi işçidir. 
İnstitutda aparılan elmi işlərin əsas istiqaməti Azərbaycan Respublikasının müxtəlif biotoplarında yayılmış mikroorqanizmlərin fizioloji-biokimyəvi, ekoliji və biotexnoloji xüsusiyyətlərinin öyrənilməsidir.
Aparılmış tədqiqatlar nəticəsində bərpa olunan bitki tullantılarının səmərəli istifadəsinə imkan verən bioloji üsul işlənib hazırlanmış və həmin üsulun ilkin modeli 1986-cı ildə beynəlxalq sərgidə (Aqrokomplels-86,ÇSSR) qızıl medala və birinci dərəcəli diploma layiq görülmüşdür.
Neft biotexnologiyası sahəsində aparılan tədqiqatlar nəticəsində layların neft çıxımının artırılması və neftlə çirklənmiş torpaqların təmizlənməsi üsulları işlənib hazırlanmış və Respublikanın müxtəlif neft yataqlarında yüksək iqtisadi səmərə ilə tədbiq edilmişdır. 
İnstitut hal-hazırda Rusiya EA-ın Mikrobiologiya və Daxili suların biologiyası instituları, İsveçrənin Texnologiya və Ətraf mühit İnstitutu ilə elmi əməkdaşlıq edir onlarla birgə qrant proqramında iştirak edir.

Faydalı Linklər