Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq AMEA-nın Mikrobiologiya İnstitutunda magistrantların yay imtahan sessiyası onlayn davam etdirilir.  

Ölkə ərazisində tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən təşkil olunur.

İnstitutun I kurs magistrantı Müjgan Məsimi "Mikrobiologiya" ixtisası üzrə "Mikrob mənşəli BAM" fənnindən  imtahan verib.

Fənn müəllimi - b.e.d., dosent Könül Baxşəliyeva tərəfindən tələbənin cavabları qiymətləndirilib. Magistrant yüksək nəticə əldə edib.

Növbəti günlərdə yay imtahan sessiyası çərçivəsində hər ixtisaslaşma üzrə daha 2 imtahan keçiriləcək.

© www.science.gov.az