Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

20.07.2018 09:30

 

Bakı, 20 iyul,

İyulun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

AMEA-dan-AZƏRTAC əvvəlcə Azərbaycan Mətbuat Şurasının və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun nümayəndələri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Botanika İnstitutunun həyətindəki büstünü ziyarət edib, önünə əklil qoyublar.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb, əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib.

Tədbirdə çıxış edənlər Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini vurğulayıblar.

Məqalə © AZƏRTAC-dan götürülmüşdür

Faydalı Linklər