Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

26.05.2018 17:16

   

Bakı, 26 may,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda “Müasir elmi problemlərin aktual həlli” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Institutdan-AZƏRTAC bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqədə bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.

Tədbirdə institutun direktorunun elmi işlər üzrə müavini, professor Pənah Muradov qeyd edib ki, müsabiqə gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara cəlb etmək, onların fəaliyyətlərini stimullaşdırmaq məqsədilə keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, yüksək elmi nəticə göstərən gənc alimlərə diplom və pul mükafatları verilib.

Məqalə © AZƏRTAC-dan götürülmüşdür

Faydalı Linklər