Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

08.05.2018 10:00

 

AMEA MİKROBİOLOGİYA İNSTİTUTUNDA MÜLKÜ MÜDAFİƏ QÜVVƏLƏRİNİN XƏBƏRDARLIQ VƏ TOPLANIŞ MƏŞQİ KEÇİRİLDİ

Mikrobiolgiya İnstitutunun 2018-ci il Mülkü Müdafiə tədbirləri planına əsasən 10 may tarixdə “Fovqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda mülkü müdafiə məşqi keçirilmişdir.

Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fövqəladə hallar komissiyasının sədri Pənah Muradov açaraq institutda baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı işçilərin hazırlıq vəziyyətinin və həyata keçriləcək təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinin vacibliyini qeyd etdi.

Natiq Mülkü Müdafiə tədbirini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə komandir, rəis heyətinin bacarığının artırılması bir daha məşq zamanı yoxlanılması səfərbər olma bacarığının təkrarlanmasında insan itkisinin qarşısının alıması və məşqin əsas məqsədi olduğunu vurğuladı .

Məşqdə insitutun Mülkü Müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov şöbə və laboratoriya müdirlərinin vəzifə borcları, fövqaladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarə etmə qaydalarını sxem üzrə məşqini nəzərə çatdırdı. Natiq fövqəladə hallar baş verən zaman institutun heyətinin toplanış yerini, təxliyyə planına əsasasən sxem üzrə nəzərinə çatdırdı. Mülkü müdafiə məşqin institut əməkdaşlarının maarifləməsində böyuk əhəmiyyətini qeyd etdi.

Bildirdi ki,tədbirin keçirilməsində əsas məqsəd əməkdaşların fövqəladə hallara hazır olması və davranış qaydalarına əməl etmə vərdişinin təkmlləşdirilməsidir.

Sonda marifləndirici vidyocarx nümayiş etdirildi.

Çıxışlar əməkdaşları maraqlandıran suallar, müzakirələrlə maraqlı diskusiya ilə öz işini yekunlaşdırdı.

Məşqi Fövqəladə hallar komissiyasının sədri P.Muradov qiymətləndirərək qənaətbəxş hesab etdi

Faydalı Linklər