Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

20.01.2018 16:50

 

AMEA Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 28–ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Əvvəlcə vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş səhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru Məmməd Salmanov bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında şanlı səhifə kimi yaşayacaq. Akademik çıxışında xalqımızın dəfələrlə başına gətirilən müsibətlərdən sonra baş verən 20 Yanvar faciəsini heç bir zaman unutmamağın, gələcək nəsillərin yaddaşında qanlı səhifə kimi yaşatmağın vacibliyini xüsusilə vurğuladı.

Tədbirdə institutun direktor müavini AMEA-nın müxbir üzvü Pənah Muradov çıxış edərək qanlı yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazmasını, istiqlal yolunun ilk zirvəsinə və milli məfkurəmizin azadlıq istəyinin oyanış gününə çevrildiyini vurğulayıb.

AMEA Mikrobiologiya İnstitutunun əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiram olaraq, Şəhidlər Xiyabanını ziyarət edib.



Faydalı Linklər