Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

06.07.2017 09:05

 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın professoru üzrə seçkilərin nəticələrini təqdim edib.

AMEA Rəyasət Heyətinin 5 iyul 2017-ci il tarixli iclasında AMEA-nın professoru üzrə seçkilər keçirilib. Respublikanın elm və ali təhsil müəsissələri tərəfindən irəli sürülmüş namizədlərdən adları qeyd olunan şəxslər AMEA-nın professoru seçiliblər.

Bu namizədlər içərisində Biologiya bölməsi üzrə AMEA Mikrobiologiya İnstitutunun elmi katibi b.e.d., professor Qəhrəmanova Fəridə Xosrov qızı AMEA-nın professoru adına layiq görülüb. Bu münasibətlə Fəridə xanımı Mikrobiologiya İnstitutunun bütün əməkdaşları adından ürəkdən təbrik edir və ona gələcək elmi axtarışlarında uğurlar arzu edirik.

Faydalı Linklər