Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

03.11.2016 16:31

 

AMEA Mikrobiologiya İnstitutunda mülki müdafiə məşqi keçirildi.

Mikrobiolgiya İnstitutunun 2016- ci ilin Mülkü Müdafiə tədbirləri planına əsasən 3 noyabryabr tarixdə “Fovqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin mülkü müdafiə məşqi keçirilmişdir.

Tədbiri giriş sözü ilə institutun direktoru Mülkü Müdafiə rəhbəri akademik M. Salmanov açaraq institutda baş verə biləcək hər hansı bədbəxt hadisə zamanı işçilərin hazırlıq vəziyyətinin və həyata keçriləcək təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinin vacibliyini qeyd etdi.

Akademik Mülkü Müdafiə tədbirini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə komandir, rəis heyətinin bacarığının artırılması bir daha məşq zamanı yoxlanılması səfərbər olma bacarığının təkrarlanmasınında insan itkisinin qarşısının alıması və məşqin əsas məqsədi olduğunu vurğuladı .

Məşqdə insitutun Mülkü Müdafiə qərargahının rəisi Bəxtiyar Yunusov şöbə və laboratoriya müdirlərinin vəzifə borcları, fövqaladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarə etmə qaydalarını sxem üzrə məşqini nəzərə çatdırdı. Fövqəladə hallar baş verən zaman komandir rəis heyətinin toplanış yeri sxem üzrə göstərildi.

Sonra laboratoriya müdiri İlham Əliyev zəlzələ halı baş verdikdə görüləcək tədbirlər planını, təxliyyənin sistemli şəkildə necə yerinə yetirilməsinin fəlakət riskinin qarşısının alınmasına hazırlıq barədə məlumat verdi.

Yangin baş vermən zaman qrşısının alınması ,və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına nəzarətin vacibliyi haqqinda labaratoriya müdiri Elxan İsmayilov geniş məruzə etdi.

İnsan saglamlıgına ziyan vuran 10 ən təhlükəli kimyəvi maddələrdən biri hesab edilən civə haqqında məlumatları inistutun əməkdası Hüseynova Nərminə nəzərə catdirdi.

Çıxışlar əməkdaşları maraqlandıran suallar ,müzakirələrlə diskusiya ilə öz işini yekunlaşdırdı.

Sonda Akademik M.Salmanov məşqin nəticələrıni təhlil edərək aşkar olunmuş nöqsanların aradan qldırilması barədə göstəriş və tövsiyyələrini verdi Qeyd etdi ki,məşq zamanı qarşıya qoyulan məqsədə nail olunub

Məşqi Mülkü Müdafiə rəhbəri qənaitbəxş hesab etdi.

Faydalı Linklər