AMEA-nın Mikrobiologiya İnstitutunun I kurs magistrantlarının yay imtahan sessiyası onlayn davam etdirilir.

İnstitutun magistrantı “Mikrobiologiya” ixtisası üzrə “Su mikrobiologiyası” fənindən “Zoom” platforması üzərindən onlayn imtahan verib. Tələbənin cavablarını fənn müəllimi, b.ü.f.d., dosent Anar Hüseynov qiymətləndirib. Magistrant yüksək nəticə əldə edib.

Qeyd edək ki, imtahanlar 13 iyul tarixində yekunlaşacaq.

© www.science.gov.az