Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

21.05.2015 08:55

 

Akademik Məmməd Salmanovun həyatı və elmi axtarışlarından bəhs edən kitab çapdan çıxıb

Görkəmli mikrobioloq alim, “Şöhrət” ordenli, AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov haqqında “Mən  belə yaşadım” adlı kitab işıq üzü  görüb.

Bakı “Apostpoff” nəşriyyatı tərəfindən çap edilmiş kitabın redaktoru  AMEA-nın müxbir üzvü  Rafiq Qasımovdur.

Yeni nəşrdə mənalı, zəngin və keşməkeşli ömür yolu keçmiş Məmməd Salmanovun həyatının müxtəlif məqamları, fraqmentləri, elmi yaradıcılığı, pedaqoji fəaliyyəti, apardığı araşdırmaları, yaradıcı portreti Azərbaycan alimləri, həmkarları, dost-tanışları və b. tərəfindən dilə gətirilməklə, bu yorulmaz insanın həyat və fəaliyyətinin müxtəlif tərəflərini çevrələyir, onun alim şəxsiyyəti haqqında adekvat təsəvvür yaradır.

Kitabda qeyd edilir ki, son 60 ildə görkəmli akademik tərəfindən Azərbaycanın  bütün su mənbələri – çayları, gölləri, su anbarları, termal-mineral qaynaqları, o cümlədən Xəzər dənizi, xüsusilə Kür və Araz çayları illər, fəsillər üzrə mikrobioloji, hidrobioloji, toksikoloji və ekoloji cəhətdən  müfəssəl öyrənilib.  

Məmməd Salmanov kimi şəxsiyyətlərin həyat yolu gənc nəsillər üçün öyrənilməli, örnək və ibrət götürülməli bir ömürdür.

Faydalı Linklər