Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

26.03.2015 12:00

 

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Botanika İnstitutunun laboratoriya korpusunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Elmi Şuranın sədr müavini, akademik İradə Hüseynova2014-cü ildə müxtəlif ixtisaslar üzrə qəbul olunmuş dissertantların tədqiqat işlərinin mövzuları, elmi rəhbərləri və məsləhətçiləri haqda məlumat verib. Bildirilib ki, dissertasiya mövzuları öncədən uyğun seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunmuş, bəzi mövzular institutlara qaytarılaraq lazımi dəyişikliklər edilmişdir. İ.Hüseynova qeyd edib ki, bu istiqamətdə müzakirələrin aparılması biologiya problemləri üzrə elmi şurada prioritet sahələrin qiymətləndirilməsinə, tədqiqat işlərinin düzgün yönləndirilməsinə, təkrarçılığın aradan qaldırılmasına və mövzuların daha tez təsdiqlənməsinə imkan verir.

Sonra seksiyalar üzrə qəbul olunmuş dissertantların mövzularının müzakirəsi aparılıb. Elmi Şuranın üzvləri müzakirələrdə fəal iştirak edərək, fikir və təkliflərini səsləndiriblər. Dissertasiyaların mövzuları təsdiq edilib. Elmi Şuranın üzvlərinə dissertasiya mövzularının verilməsi və müzakirəsinə daha ciddi yanaşılması tövsiyyə edilib.

Müzakirələrdə Biologiya Problemləri üzrə Elmi Şuranın sədr müavini, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Biologiya Problemləri üzrə Elmi Şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, Elmi Şuranın üzvlərindən Botanika seksiyasının sədri, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov, Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov, Bakı Dövlət Univesiteti Mikrobiologiya kafedrasının müdiri, professorXudaverdi Qəmbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziologiya kafedrasının müdiri, professor Ədalət Fərəcov, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kefedrasının müdiri, professor Canbaxış Nəcəfov, Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrrasının müdiri, prof.Arif Məmmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun direktoru, b.ü.e.d., prof. Mehman Axundov, AMEA Botanika İnstitutunun laboratoriya müdirləri, biologiya üzrə elmlər doktorları Səftər SüleymanovYaşar Feyziyev, b.ü.f.d. Ələmdar Məmmədov və başqaları iştirak ediblər.

Faydalı Linklər