Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

29.04.2015 12:00

 

Genomika və hüceyrə biologiyası üçün yeni texnologiyalarla bağlı müzakirələr aparılıb

Aprelin 28-də AMEA Botanika İnstitutunun laboratoriya korpusunda  ABŞ-ın “Bio-Rad“  kompaniyasının Azərbaycandakı nümayəndəsi “LABSERVİS Ltd”  şirkətinin təşkilatçılığı ilə  “Genomika və  hüceyrə biologiyası üçün yeni texnologiyalar” mövzusunda seminar keçirilib. 

Tədbirdə AMEA-nın Botanika, Fiziologiya, Zoologiya və Mikrobiologiya institutlarının əməkdaşları, doktorantlar, müxtəlif diaqnostika klinikalarının  nümayəndələri  iştirak ediblər.

Seminarda “Bio-Rad” kompaniyasının Moskva nümayəndəliyinin mütəxəssisi, fəlsəfə doktoru İrina Şaxmayeva “Real-Time PZR-ın prinsipləri: Avadanlıqlar. RT-PZR şəraitinin optimallaşdırılması. Genlərin ekspressiyasının analizi. Əks transkripsiyanın mərhələləri və nəyə diqqət yetirmək lazımdır?”  mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin “QX200 texnologiyası-kəmiyyət PZR-də keyfiyyət sıçrayışı. QX200 aparatında ddPZR (dirəqəmsal PZR) metodu ilə xərçəng markerlərin deteksiyası üçün Prime PZR sistemləri”, “Axın sitometriyaya giriş. S3e müasir və etibarlı  hüceyrə  ayıran” və “Zoe-yeni flüoresent görüntəliyici” mövzusunda məruzələr dinlənilib. Seminar iştirakçılarına  klassik PZR və RT-PZR üçün yeni reagentlər, yeniliklər və onların üstünlüklərinin müqayisəli analizi barədə məlumatlar verilib.  

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Faydalı Linklər