Azərbaycan Milli Elmlər Akademiyası

Mikrobiologiya İnstitutu

07.11.2014 12:00

 

AMEA Mikrobiologiya İnstitutuna yeni təyinatlar olub

AMEA Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə AMEA-nın müxbir üzvü Pənah Muradov təyin edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin 5 noyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qəbul olunub.

Digər bir qərarla biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova qurumun elmi katibi vəzifəsinə təyin olunub.

İclasda, həmçinin Mikrobiologiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiq olunub.

Faydalı Linklər